Artıq bir neçə ildir ki, yüzlərlə xəstə üzərində aparılmış bioloji tənzimləyici müalicə nəticəsində ən müxtəlif və ağır dərəcəli trofik xoralar sağaldılır, xəstələrin aşağı ətraflarının amputasiyasının qarşısı alınır. Hətta bir neçə yerdə "bu ayağa çarə yoxdur, gecikmisiniz, təcili kəsilməlidir” diaqnozu qoyulan xəstələr son anda Bioloji Təbabət klinikasına üz tutub və davamlı və fərqli müalicə üsulları ilə sağlamlığına qovuşub.
Medicina.az xəbər verir ki, belə pasiyentlərdən biri 55 yaşlı kişidə sağ pəncədə trofik xora ilə müraciət edib, Xəstədə II tip diabet var idi.
Pasiyent biotənzimləyici terapiya ilə müalicə olunaraq, xorası tam sağalıb.
Digər pasiyentdə isə ayağında şüşə travmasından yaranan sağalmayan yara müalicə olunub. Bu pasiyentdə qanqrena olduğu üçün ona ayağın amputasiyası deyilmişdi. Lakin xəstə ayağını itirməmək üçün biotənzimləyici metoda üz tutub.
Pasiyentin müalicəsi ilə bağlı videoları təqdim edirik: