Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağına paslı mismar batan 17 yaşlı xəstə - 41 günə komadan çıxdı

  • 2023.09.18 15:43
  • 4313 Baxış
Ayağına paslı mismar batan 17 yaşlı xəstə   -  41 günə komadan çıxdı

Nizami Tibb Mərkəzinin Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına son dərəcə ağır vəziyyətdə daxil olan 17 yaşlı Mirməhəmməd Əliyev 41 gün yaşamaq uğrunda mübarizə aparıb.

"Medicina" xəbər verir ki, pasiyentin sağ ayaq pəncəsində paslı mismar batması nəticəsində tetanus xəstəliyi inkişaf etmişdi. .

Xəstə şöbəyə qəbul olan kimi dərhal etirorop müalicəyə başlanılmış, Nizami Tibb Mərkəzinin reanimasiyon briqadasının dəstəyi ilə süni tənəffüs aparatına qoşulmuşdur. 18 gün süni tənəffüs aparatı ilə yaşadıqdan sonra həyati göstəriş olaraq pasiyentə cərrahın vasitəsilə traxeostoma qoyulmuş və iki həftə sonra fəsadsız çıxarılmışdır.

41 günlük intensiv reanimasion müalicələr və Uşaq Yolxucu Xəstəliklər Xəstəxanasının direktor müavini Qönçə Abdullayeva, əməliyyat blokunun müdiri, anestezioloq-reanimotoloq Gülarə Abbasova, Reanimasiya şöbəsinin müdiri anestezioloq-reanimotoloq Emin Şirinov, Təcili Tibbi Yardım şöbəsinin müdiri Vaqif Mirzəyev, cərrah Emin Həsənov, həkim Vüsalə Yusifova və digər tibb işçilərinin səyi nəticəsində Mirməhəmməd Əliyev tetanusun generalizə olunmuş formasına qalib gəlib.

Qeyd edək ki, bu xəstəlikdə yaşama və sağqalma şansı azdır, xəstələr qısa müddətdə ölür.
Yeganə xilas yolu ayağa mismar batdıqdan 1 sutka ərzində tetanus əleyhinə peyvənd olunmaq üçün xəstəxanaya müraciət etməkdir.


Aygün Musayeva