İşdə, evdə, nəqliyyatda, tədbirlərdə ayağı ayağın üstünə aşırıb əyləşməyə adət edənlər ciddi təhlükə altındadır.
"Medicina" xəbər verir ki, doktor Stiven Veyniqer ayaqlarını çarpazlaşdırıb oturmağın səbəbi fizioloji və psixolojidir.
Onurğa üzrə ekspert bildirib ki, çoxları ayaqlarını belə qoymaqla, belin aşağı onurğa və çanaq hissəsinə düşən yükü azaltmaq istəyir.
Onlara sanki düz oturmaq çətindir.
Amma belə oturuş bədənin bir hissəsini yükləyir.
Ayaq ayaq üstündə çox olanda diz qapağının arxasında olan sinirlər sıxılır, nəticədə diz, baldır, pəncənin hissiyatı getdikcə azalır. Ona görə ayaq uyuşur.
Biz ayaq üstə olduqda, gəzəndə bud çanaq oynaqları işləyir, yorulur.
Dincələndə ayaqları çarpazlaşdırmaq çanağın bir tərəfinə yükü artırır və onurğanın əyilməsi baş verir.
Bir tərəfə əyilmə bud əzələsinə təzyi edir, burdan da ayağın açılıb qatlanmasına cavabdeh sinir keçir, buna otiraq sinir deyilir.
Zamanla bu sinirin sıxılmasına, oynağın iltihabına, işias - oturaq sinirin iltihabına səbəb ola bilər.
Ona görə də ayaqları duz yanaşı rahat qoyub əyləşmək lazımdır.
Aygün Musayeva