Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayağa qalxanda birdən təzyiqin artması çox təhlükəlidir

  • 2022.03.19 15:54
  • 2284 Baxış
Ayağa qalxanda birdən təzyiqin artması çox təhlükəlidir

Alimlər yerindən, yataqdan qalxan kimi təzyiqin qalxmasını beyin və ürək üçün təhlükəli hesab edir.

Bakupost.az xəbər verir ki, əslində insan ayağa qalxanda sistolik arterial təzyiq bir qədər aşağı düşməlidir. Lakin çox xəstələrdə əksinə
reaksiya baş verir. Uzanmış vəziyyətdən dayanma vəziyyətinə keçdikdə ortostatik hipertenziya baş verir.


İtaliya alimləri bu vəziyyətin ürək-beyin damar tutmalarına təsirini araşdırıb.

Onlar 1207 qadın və kişinin tibbi məlumatlarını təhlil edib. Araşdırma 33 il davam edib.

17 il ərzində 105 iştirakçıda insult, infarkt və ya stenokardiya baş verib.

Məlum olub ki, bu adamlarda ortotastik hipertenziya - ayağa qalxanda təzyiqin 6-7 ml civə sütunu yüksəlməsi baş verib
.
Eləcə də təzyiqi belə yüksələn insanlarda stress hormonu epinefrin də yüksək olib.

Alimlər belə nəticəyə gəlib ki, ortostatik hipertenziya simpatik sinir sisteminin aktiv reaksiyası nəticəsində baş verir.

Bu xəstələr təzyiq normallaşdırıcı müalicəyə başlamalı, nevroloq, kardioloq nəzarətində olmalıdırlar.