Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çaya, kofeyə və ya alkoqola «məhəbbət» - Genlərlə müəyyən olunur

  • 2018.11.28 21:44
  • 12208 Baxış
Çaya, kofeyə və ya alkoqola «məhəbbət»  - Genlərlə müəyyən olunur
Alimlər müəyyən ediblər ki, sevimli içki seçimi hər şeydən əvvəl, insanın acı dadı necə qəbul etməsindən asılı olur.


Medicina.az xəbər verir ki, «Scientific Reports» jurnalında beynəlxalq alimlər qrupunun apardığı tədqiqat işinin nəticələri dərc olunub. Onlar müəyyən etmək istəyiblər ki, dadın qəbulu içkinin seçilməsinə təsir göstərirmi? 


Məlum olub ki, bir çox hallarda sevimli içkini insana genlər «sırıyır».

Mütəxəssislər Böyük Britaniyanın biobankından 438 nəfəri seçib, anketin suallarına cavab verməyi onlardan xahiş ediblər. Alimlər biobankdan həm də tədqiqat iştirakçılarının genomunu əldə ediblər. Respodentlərdən soruşublar: tez-tezmi çay, kofe, alkoqol içirlər və bu içkilərdən hansı onların xoşuna gəlir?


Sorğunun nəticələrini genetik testin köməyi ilə əldə olunmuş informasiya ilə tutuşdurarkən, məlum olub ki, genetik olaraq kofeinə daha həssas olanlar daha çox kofe içirlər. Xinin və propiltiourasilinin dadına daha çox həssas olanlar çayı xoşlayırlar, amma statistik olaraq, bu içkini digərlərindən əhəmiyyətsiz qədərində tez-tez içirlər.

Genlər və alkoqol arasında əlaqə daha maraqlı olub - propiltiourasilinin dadına yüksək həssaslığı olan insanlar alkoqolun dadını xoşlamırlar və onu az miqdarda, həm də digər iştirakçılardan gec-gec içirlər.

Buna uyğun olaraq, belə genetik mutasiya ilə insanlar alkoqoldan asılılığın formalaşmasına daha az meylli olurlar.


Mirzə AĞ

Medicina.az