Çay demək olar ki, hər gün qəbul etdiyimiz isti içkilərin siyahısında birinci yerdədir. Lakin yaxşı və sağlam çay dəmləmək üçün qaydalara düzgün riayət etmək lazımdır. Çünki düzgün dəmlənməmiş çay sağlamlığımızı riskə atır, ciddi sağlamlıq problemləri ilə qarşılaşmağımıza yol açır.
Bəs yaxşı çayı necə dəmləməli? Çay dəmləyərkən nələrə diqqət edilməlidir?
Medicina.az düzgün çay dəmləmənin yollarını təqdim edir:
Bitki dəmləmələri orqanizm üçün nə qədər faydalı olsa da, qara çayın yeri və əhəmiyyəti həmişə fərqlidir. Lakin yanlış formada dəmlədiyimiz çayla müxtəlif xəstəliklərə dəvətnamə göndərmiş ola bilərik.
Çayın acı və uzun müddət xarab olmaması üçün dəmlənmiş çayı odun üstündə çox saxlamayın. Bu vəziyyət çayın acı olmasına səbəb olur. Buna görə çay dəmlənən kimi odun üstündən götürün. Əks halda çay qastrit və mədə xorası yarada bilər.
Çayı dəmləyərkən və yaxud dəmlədikdən sonra yüksək istilikdə saxlamayın. Yüksək istilikdə qalan və dəmlənən çay insan sağlamlığı üçün ciddi təhlükədir.
Mütəmadi olaraq qaynar formada içilən çay gələcək zamanda xərçəng xəstəliyinə münbit şərait yaradır. "Bəs çöldə içdiyimiz çayların yüksək istilikdə dəmləndiyini necə müəyyən edə bilərik” deyə düşünürsünüzsə, bunu çayın acılığından və ağzınızda acılıq hissi yaratmasından müəyyən edə bilərsiniz.
Çayı mütləq qaynamamış su ilə dəmləmək lazımdır. 100 dərəcə odda qaynamış su çayın üstünə əlavə edildiyi vaxt çayın içərisində bakteriyalar yaranır. Çayın dadının acı olması da əsasən bu səbəbdən meydana gəlir.
Çay dəmləyərkən edilən digər xəta isə çay suyu hələ isti ikən yenidən ocağın üstünə qoyulmasıdır. Bu üsulla çay rütubətə məruz qalır və hələ dəmdə ikən boyatlayır.
MEDİCİNA.AZ