Mütəxəssislər sağlamlıq üçün gündə 2 litr maye qəbul etməyi tövsiyə edirlər. Bəzi insanlar isə göstəricini tamamlamaq üçün su əvəzinə daha çox çay və qəhvədən istifadə edirlər.
Medicina.az xəbər verir ki, aparılan araşdırmalara görə, çay və qəhvə vücudda maye itkisinə səbəb olur. Həmçinin dəridə quruluq yaradır. Mütəxəssislər orqanizm üçün suyun gərəkli olduğunu bildiriblər. Su içə bilməyənlər isə bunu xiyar, salatlar, yaşıl meyvə-tərəvəzlər, qreypfurt, pomidor yeməklə əvəz edə bilərlər.
Şəhanə Quliyeva