Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çay içmək faydalıdır ya zərərli? - Yeni araşdırma bilinənləri alt-üst etdi

  • 2018.04.07 10:13
  • 13223 Baxış
Çay içmək faydalıdır ya zərərli? -  Yeni araşdırma bilinənləri alt-üst etdi

Elm adamları ndiyə qədər çox çay içməyin zərərli olduğunu bildiriblər.


Medicina.az xəbər verir ki, yaponiyalı elm adamları tərəfindən aparılan araşdırma isə söylənənləri alt-üst edib.


Yapon alimlərinin iddiaların görə, qara çay tərkibindəki antioksidantlara sayəsində sümüklərin kövrəkləşməsinin qarşısını alır. İnsan yaşlandıqca isə bunun daha çox faydasını görür.


Osaka Universitetinin elmi işçisi Keyzo Nişikava bildirib ki, qara çayın tərkibindəki "theaflavin-3” adlı antioksidant sümüyə zərər vuran "metiltransferas” fermenti məhv edir. Bu sayədə də sümük toxumaları möhkəm qalır.


Məlumatda çayın digər faydaları da öz əksini tapıb:


- Alzaymer riski 50 faiz azaldır.


- Dəri quruluğunu, həzm sisteminin pozulmasını və yorğunluğu aradan qaldırır.


- Göz masqası kimi istifadə edilərsə, ağırlaşmış göz qapaqlarına müsbət təsir edər.