Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Axşam yeməyindən imtina etməyin 7 fəsadı – Orqanizmi ac qoymayın

  • 2019.07.03 20:47
  • 24699 Baxış
Axşam yeməyindən imtina etməyin 7 fəsadı –  Orqanizmi ac qoymayın
Belə bir məsəl yayılıb ki, səhər yeməyini özün ye, günorta naharı dostunla bölüş, axşam yeməyini düşməninə ver. Halbuki mütəxəssislər səhər az yeməyi, axşam isə yeməkdən tam imtina etməməyi məsləhət görür.


Çox insanlar axşam yeyib ağırlaşıram, səhhətə ziyandır, kökəlirəm deyib, saat 6-dan sonra yeməkdən uzaqlaşır. Bu sağlamlıq baxımından ən səhv addımdır.

Medicina.az axşamlar yeməyi təxirə salmağın sizə hansı problemlər yarada biləcəyini araşdırıb. 


1.Artıq çəki, piylənmə


Axşam yeməmək arıqlatmır, əksinə kökəldir. saat 6-dan gecə 12-ə kimi boş mədədən aclıq siqnalı alan və yemək görməyən beyin elə hesab edir ki, bu insan çörək tapmır, aclıq başlayıb, ona görə sağqalma mexanizmi, yəni yağ, piy toplama işə düşür. Metobolizm zəifləyir, kalorilər yandırılmır, ehtiyat rezerv yığılır. Bu da qarın, bel, budda kökəlmə deməkdir.

 

Siz o halda saat 18:00-dan sonra yeməyə bilərsiz ki, saat 21:00-da yatırsız. Amma indi insanlar gecə 1-2-ə kimi oyaq qalır, onlar ən son saat 22:00-da yemək qəbulunu bitirməlidir. 


2.Metobolizm pozulur, şəkər riski var


Axşam yeməkdən imtina metobolizmi pozur, qalxanvari vəzin işini əngəlləyir, insulin dirənci yaradır, xolesterini çoxaldır.


3.Öddə daş əmələ gəlir


Həkimlər hesab edir ki, yemək arasında uzun 6-7-8 saatlıq fasilələr, öddə durğunluq yaradır, bu da daş əmələ gəlməsinə səbəb olur.


4.Yuxusuzluq


Ac mədə beyini rahat buraxmır, insan yata bilmir, yatsa tam dincəlmir və enerjisi gedir


5.Depressiya, pis əhval


Beyin uzun müddət ac qalanda stress hormonu kortizol hasil edir. Beyin və mədə üçün fərqi yoxdur, gecədir, səhərdir. O, vaxtında enerji istəyir. Ona görə axşamlar yeməyən insanlar gün boyu əsəbi, kefsiz olur.


Nə yeməli?


.Düzgün axşam yeməyində mədədə azı 3 saata həll olan qidalardan ibarət olmalıdır. Qatıq, yoqurt, meyvə, bulyon, şirələr 1 saata həzm olur, mədə yenə acıyacaq. Ona görə bunlar uyğun deyil.  Yaxşı olar ki, mal əti, qaraciyər, toyuq, lobya, yumurta, tərəvəz salatı, balıq yeyəsiz.


Əgər yatmazdan öncə çox acımısızsa, atışdırmalıq nəsə yeyə bilərsiz. 1 stəkan su içməklə bu aclığı dəf edə bilərsiz. 

Axşam yeməyindən imtina etməyin 7 fəsadı –  Orqanizmi ac qoymayın