Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Axşam yatanda saatı çıxarmaq lazımdırmı?

  • 2024.02.01 16:07
  • 1413 Baxış
Axşam yatanda saatı çıxarmaq lazımdırmı?
İstehsalçılar saatı qoldan sutka boyu çıxarmamağı tövsiyə etsə də, həkimlər əksini deyir.



“Medicina” xəbər verir ki, həkim Aleksey Erlix qolda saatla yatmağın zərərini açıqlayıb:


“Saatın kəməri yuxuda sinir və damarları sıxır. Əgər çox sıx bağlanıbsa, damarları sıxıb xırda damarları partlada bilər, bu isə digər başqa xəstəliklərə səbəb olur.


Sutka boyu çıxarılmayan saat dərini də zədələyir. Saatın dəri kəməri altında bakteriyalar çoxalır,göbələk yarana bilər.

Yatanda saatı və digər zinət əşyalarını çıxarmaq lazımdır. Eləcə də ağıllı saatları sutka boyu hər saat taxıb gəzdirməyə gərək yoxdur.

Elektron saatdan gecəboyu biləklə ötürülən elektrik təsir də çirkad ritmi pozur.

Eləcə də biləklə boyun arasında damar və sinir bağlılığı olduğu üçün saatla yatmaq boyuna da ziyandır”.


Qeyd edək ki, Britaniya alimləri ağıllı saatların Parkinson xəstəliyini 7 il öncədən müəyyən etdiyini bildiriblər.

Aygün Musayeva