Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Axşam 9-dan sonra yeyənlər daha çox insult olur – Alimlər

  • 2023.12.15 20:41
  • 1667 Baxış
Axşam 9-dan sonra yeyənlər daha çox insult olur  – Alimlər

Gec saatlarda axşam yeməyi ürək-damar patologiyaları riskini artırır.


“Medicina” xəbər verir ki, endokrinoloq Yelena Prikolenko alimlərin son nəticələrindən danışıb.

“Onlar saat 21:00-dan sonra qida qəbul etmək və səhər 8-dən gec oyanmaq vərdişi ilə insult arasında əlaqə tapıblar.

Bu adamlarda axşam 8-ə qədər artıq yeməyini bitirənlərə nisbətdə insult riski 28% çox olur.
Xüsusilə bu hal qadınlar üçün təhlükəlidir.

Axşam gec yeyənlərdə metobolik pozulma olur, artıq çəki, piylənmə yaranır, hormonal pozulma olur. Bu da insulin hasilini pozur, damarları tıxayır, təzyiqi qaldırır”.


Aygün Musayeva