Bir çox insan nə qədər çox yatsa da səhərlər gümrah olmadığını, əhval-ruhiyyəsinin çox aşağı olduğunu, tez yorulduğunu və beyninin sanki dumanlı olduğunu bildirir. Həkimlərin hormonal problem adlandırdığı bu simptomların bir çox səbəbləri ola bilər. Mütəxəssislər qeyd edir ki, yuxu rejimi hormonların bərpası üçün çox önəmlidir.
“Medicina” xəbər verir ki, rus həkim Natalya bu haqqda açıqlama verib. Onun sözlərinə görə, göstərilən simptomların olmaması üçün ən gec saat 23.00 -dək yatmaq lazımdır. Buna səbəb orqanizmdəki hormonların müəyyən saatlarda ifraz olunmasıdır.
Gecə saat 23.00-da yatan şəxsin hormonları tədricən düzgün ifraz olur. Bunun nəticəsində şəxs səhər oyanarkən daha gümrah və güclü oyanır. O qeyd edir ki, gecə çox gec saatlarda yatan şəxslərin yuxu hormonu başda olmaqla digər hormonları getdikcə daha zəif ifraz olunmağa başlayır.
Normal insanda adətən gecə saat 23.00-dək ifraz olunan yuxu hormonu yetəri qədər ifraz olunmadıqda, yuxusuz qalan orqanizmdə stress hormonu ifraz olunmağa başlayır. Bu da öz bərabərində bir çox fəsadlara yol açır.
Gecə gec yatanlar hər keçən gün özlərini daha pis hiss edəcəklər.
Xanım