Azərbaycan yoddan defisit ölkədir, qadınlar yodsuzluqdan əziyyət çəkir, zob və hormonal problemlərin və xəstəliklərin səbəbkarı yoddur.
Yod elə bir elementdir ki, onsuz insan orqanizmi demək olar ki, normal işləmir. Mütəxəssislər hələ sovet dövründən Azərbaycanın yod defisiti olan ərazi və ölkələr siyahısında olduğunu bildirir. Belə ki, genetik olaraq yod defisiti nəsillərə ötürülür, həmçinin su və duzda yodsuzluq problemlər yaradır.
Azərbaycanda qalxanvari vəzin Zob xəstəliyi qadınlar arasında adi hal kimi qarşılanır, az qala 10 qadından 3-də zob aşkarlanır. Bu ötən əsrdən belə olub.
Zobla barışan insanlar hələ də yodun əhəmiyyətini önəmsəmir və bunun qarşısını almaq üçün cəhd etmir.
Yod qalxanvari vəzin fəaliyyətinin ən birinci komponentidir və bütünlükdə metobolizmi idarə edir.
Dünya illərdir müasir insanın yodsuzluğunun faciəsi barədə həyəcan təbili çalır.
Medicina.az xəbər verir ki, araşdırmaçı alim Marqaret Reyman müasir qidalanma, pəhriz sistemlərində fəlakət səviyyəsində yod çatışmadığını təsbit edərək, vegeterianların yodsuzluqdan əziyyət çəkdiyini, ilk növbədə hamilə qadınlarda yod defisitinin təhlükəli olduğunu bildirir.
Nəyə görə sutkalıq yod normasını almalıyıq?
Əgər hamilə qadında kifayət qədər yod yoxdursa, onun dünyaya gətirdiyi uşaq anadangəlmə hipoterioza meyilli olacaq, zehni səviyyəsi az və elmi biliklərə yiyələnməsi çətin olacaq. Bütün bəşəriyyət boyu – Kretin -"axmaq” deyilən sindrom elə yod çatışmazlığıdır.
İlk dəfə " kretin” Alplarda yaşayan bir əhali qrupuna deyirdilər, onlarda kəskin yod çatışmazlığı var idi.
Sonra bu söz özünü onlar kimi aparan bütün insanlara şamil olunmağa başlanıldı.
Zob niyə yaranır: orqanizmdə yod çatışmayanda qalxanvari vəzi böyüyərək, özündən əlavə şiş yaradır ki, qandan daha çox miqdarda yod sovurub ala bilsin – deyə professor Reyman deyir.
Zərərli pəhrizlər
Hazırda dəbdə olan pəhrizlər qadınları ölümdən də betər Yod defisiti təhlükəsi ilə üz-üzə qoyur. Ən yaxşı yod mənbəyi – balıq, yumurtadır. Bİr də mal-qaranın yeminə yod əlavə olunarsa, süd və süd məhsullarında da yod olur. Amma inkişaf etmiş ölkələrdə insanlar şüurlu olaraq bu ərzaqların qəbulundan qaçırlar. Xüsusən heyvan əti, südündən imtina edən veqanlarda yod defisiti yüksək həddədir.
Süfrə duzunun mümkün qədər yaxşı yodlaşdırılması lazımdır. Hamiləlikdə yod defisiti daha çox qabardığından qadın ya elə hamiləlik vaxtı, ya da dərhal sonra zoba yoluxur. Uşaqda isə qanxanvari vəzinin zəifləməsi müşahidə olunur.
Professor Reyman İngiltərədə 1990-cı ildə olan 14.000 hamilə qadının bioloji nümunələrini öyrənib., daha sonra onların dünyaya gətirdiyi uşaqların sağlamlığını və məktəbdəki göstəricilərini araşdırıb.
Aşkar edib ki, yod defisitli analardan olan uşaqlarda oxumaq, yazmaq qabiliyyəti gec inkişaf edib, öz fikirlərini normal çatdırmaq bacarığı zəifdir. Məktəbdə də dərsləri çətin qavrayırlar. Belə ki, anası hamiləlikdə daha çox yod çatışmazlığı keçirən uşaqlar bir o qədər zehni-əqli inkişafda gecikirdilər.
Orqanizmdə yod çatışmazlığının əlamətləri:
-Diqqət, yaddaş pozğunluğu
-Təzyiq problemləri
-Əzələ, boyun, baş ağrıları
-Ateroskleroz, aritmiya, ürək problemləri
-Qanazlığı
-Gözatı qaralmalar
-Ümumi halsızlıq, yorğunluq, yuxululuq
-Təngnəfəslik
-Dərinin quruması
-Əl-ayağın şişməsi
-Hormonal problemlər
Diqqət: yod tərkibli preparatları özbaşına alıb içmək olmaz. Ümumiyyətlə yodla ehtiyatlı olmaq lazımdır. Çünki defisit kimi, yod artıqlığı da insan üçün ölümə bərabərdir. Yalnız endokrinoloqun tövsiyyəsi ilə yod artıran dərmanlar qəbul oluna bilər. Elə qalxanvari xəstəliklər, şişlər var ki, orda yod qəbulu əksinə olmaz.
Yodun mənbəyi
Dənizlər, okeanlar, göllərdir. Yod dənizdən buxarlanıb atmosferə qalxır, ordan yağış vasitəsilə bitkilərə hopur, ordan da heyvanların və bizim qidamıza kimi yol gəlir.
Ona görə Afrika, Mərkəzi Asiya, keçmiş SSRİ-dövlətlərinin çoxunda yod çatışmazlığı qabarıqdır.
İnsanın gündəlik yod norması 150-300 mkqramdır. Nə qədər yod qəbul etdiyinizi təyin etmək çətindir.
Yağlı balıqda ağ ətli balığa nisbətən yod daha azdır. Qışda süddə yod daha çox olur, nəinki yayda.
Ən yaxşısı qida menyusunu çox müxtəlif edib, balıq, ət, süd, yumurtanı normada qəbul edin, yodlaşdırılmış duz istifadə etməkdir.
Həmçinin 1-2 ildən bir ailəlikcə yod defisitinə görə analiz verin.
Yodla zəngin ərzaqların siyahısını təqdim edirik:
1: Tuns balığı, kürü, krevetka, treska
2. Qara gavalı
3. Xurma, feyxoa
4. Dəniz kələmi
5. Ağ lobya, qarabaşaq
Hamiləlikdən öncə yod ehtiyatını yoxladın, uşaqların yod defisitinə qarşı diqqətli olun. Yuxarıdakı ərzaqlardan həftədə 3-4 dəfə qəbul edin.