Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avtomobillərdən xaric olunan qazlar insult - təhlükəsi yaradır

  • 2023.03.15 16:05
  • 1309 Baxış
Avtomobillərdən xaric olunan qazlar insult  -  təhlükəsi yaradır
Avtomobil qazı zərif cinsin nümayəndələri üçün risk yaradır. Onlarda damarların kalsifikasiyasına səbəb olan zülalların səviyyəsini artırır.

İşlənmiş qazlar insult təhlükəsi riski yaradır.


“Medicina” xəbər verir ki, avtomobillərin işlənmiş qazlarının ətraf mühitə və insan sağlamlığına nə qədər təhlükə olduğunu hamı bilir. Buna görə də hər il Avropa İttifaqında və Qərb ölkələrində avtomobil egzozları üçün ekoloji standartlar sərtləşdirilir.


Araşdırma göstərdi ki, işlənmiş qazlar kişilərə nisbətən qadınlara daha mənfi təsir göstərir. Təcrübədə 5 kişi və qadın dizel mühərrikinin işlənmiş qazları ilə nəfəs aldılar. Təcrübə ayda üç dəfə aparıldı, yalnız eyni dizel yanacağının konsentrasiyası fərqli idi.

Manitoba Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, işlənmiş qazlar ürək-damar xəstəlikləri ilə əlaqəli zülalların səviyyəsini artırır. Damarların sərtləşməsinə və ya kalsifikasiyasına təsir edən bu zülallardır. Lakin bu proses qadınlarda kişilərə nisbətən daha qabarıq şəkildə özünü göstərirdi.

Hər iki cinsdə tədqiqatçılar iltihab, infeksiyalar və ürək-damar xəstəlikləri ilə əlaqəli qan komponentlərində dəyişikliklər tapdılar.

Lakin qadınlarda eyni protein əhəmiyyətli dərəcədə yüksək olduğundan infarkt və insult riskini artıra bilər.

Qadınların tənəffüs sistemi yoluxucu infeksiyalara və astma xəstəliyinə daha həssas və ev tozu kimi tənəffüs yollarını qıcıqlandıran maddələrə qarşı daha yüksək immun reaksiyaya malikdir.

Günay Quliyeva