Avtomobil oturacaqlarının quruluşu insan sağlamlığına təsir göstərir.
Medicina.az xəbər verir ki, bu barədə “Auto Mail.ru”ya travmatoloq-ortoped Əlişer Zohirov məlumat verib.
“Oturacağın forması ayaqlara, kürəyə və ombalara təzyiq edir ki, bu da həmin nahiyələrdə diskomforta səbəb ola, ətraflarda qan dövranına təsir göstərə bilər.
Oturacağı tənzimləyən zaman sürücünün fizioloji xüsusiyyətlərinə: boy, çəki, bədən quruluşuna diqqət yetirmək lazımdır”, - deyə mütəxəssis izah edib.
Onun sözlərinə görə, oturacaqların arxa bucağı səfər müddətindən asılı olaraq 75°-dən 90°-dək dəyişməlidir:
“Gərginliyi azaltmaq üçün baş dayağını başınızın arxasına paralel olaraq quraşdırmalısınız. Bu vəziyyətdə, bel ilə oturacaq arasında boşluq olmamalıdır”.
Zohirov əlavə edib ki, bəzi oturacaqlarda ayrıca tənzimlənən baş dayaqları ola bilər.
“Bununla belə, onların əhəmiyyətli bir çatışmazlığı var - hündürlüyü və meyl açısını tənzimləməyə imkan verməməsi. Bu səbəbdən sürücü səfər zamanı diskomfort hiss edə bilər”.
Ekspert optimal oturacaq ölçüsünün sürücünün bədəninin eninə uyğun olmalı olduğunu diqqətə çatdırıb:
“Çünki dönmə və manevr zamanı gövdəni düzgün vəziyyətdə saxlamaq sürücünün yan tərəflərdən dəstəyə ehtiyacı var. Oturacaq yastığının uzunluğunu da unutmaq olmaz. Popliteal bölgələrə təzyiq etmədən budları dizlərə qədər dəstəkləməlidir. Beləliklə, yastığın kənarı ilə popliteal sahə arasındakı boşluq təxminən iki-üç barmaq olmalıdır".
Aysel