Gəncədə məktəbli oğlan qəfil vəfat edib.
"Qafqazinfo"nun məlumatına görə, şəhər sakini, 2011-ci il təvəllüdlü R.Rəhimli bu gün səhər saatlarında məktəbə gedərkən avtobusda halı pisləşib. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Azyaşlının anadangəlmə ürək çatışmazlığı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.