Türkiyənin Kocaeli əyalətində avtobus sürücüsünün körpənin həyatını xilas etməsi onu bir neçə gün ərzində məşhurlaşdırıb.
Medicina.az moderator.az-a istinadən xəbər verir ki, Sercan və Fatma Siner cütlüyü avtobusda gedərkən atası 10 aylıq övladlarının nəfəs almadığını fərq edib. Bunu görən avtobus sürücüsü Hayrettin Şahin cütlüyün köməyinə yetişib.
O, körpənin dilinin qatlanmasına imkan verməyib, ona süni nəfəs verib və sinəsini masaj edib. Az sonra uşaq özünə gələrək nəfəs almağa başlayıb. Körpə dərhal xəstəxanaya çatdırılıb. Şinerlər ailəsi sürücüyə dərin təşəkkürlərini bildiriblər. Kocaeli bələdiyyə başqanı İbrahim Karaosmanoğlu isə H.Şahini mükafatlandırıb.