Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avtobus qəzasında yaralananların vəziyyəti - Səhiyyə Nazirliyinin açıqlaması

  • 2018.07.12 13:30
  • 7831 Baxış
Avtobus qəzasında yaralananların vəziyyəti -  Səhiyyə Nazirliyinin açıqlaması
Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.


Medicina.az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.


Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.


Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.


P.Əbubəkirov bildirib ki, təcili yardım briqadası hadisə yerinə gələnə qədər sərnişinlərdən olan 1 nəfər qadın dünyasını dəyişib.

 

Avtobus qəzasında yaralananların vəziyyəti -  Səhiyyə Nazirliyinin açıqlaması
Avtobus qəzasında yaralananların vəziyyəti -  Səhiyyə Nazirliyinin açıqlaması