Quş qripinə yoluxmuş daha bir xəstə Avstraliyada aşkarlanıb.
"Medicina" xəbər verir ki, rəsmi olaraq Səhiyyə Departamentinin məlumatında xəstənin uşaq olduğu bildirilir və o xarici ölkəyə səfərdə olub.
Martda xəstəxanaya yerləşdirilən xəstə artıq sağalıb.
Amma infeksiyanın təmasda olan insanlara keçməsi sübut olunmayıb.
2003-cü ildən 2024-cü il aprelin 1-dək dünyada bu virusa yoluxma nəticəsində ümumilikdə 889 hadisə və 463 ölüm halı qeydə alınıb.
Quş qripi qrip virusları sinfinə aiddir.
Aygün M