Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada yeni süni ürək implantı hazırlandı

  • 2021.03.29 18:24
  • 2661 Baxış
Avropada yeni süni ürək implantı hazırlandı

Carmat heart şirkəti satışa yeni Aeson süni ürəyi çıxarıb. Qədim yunan qəhrəmanı Esonun şərəfinə adlandırmış yeni implant qanı ürəkdən 60-90 tezliyində qova və ildə 40 milyon dəfə döyünə bilir.

Medicina.az xəbər verir ki, təbii insan ürəyindən xeyli ağır olan 900 qramlıq süni ürək avtonom rejimdə 4 saat çalışa bilər. Sonra onu enerji ilə doldurmaq lazımdır.

Aeson ürəyi ilə maksimal ömür müddəti 20-22 ay olub.

Aeson tipində ilk süni ürək insana 7 il əvvəl köçürülüb. Sınaqlardan üzüağ çıxan ürək indi açıq bazara çıxır.

Alimlər bunu tibb tarixində yeni hadisə kimi qiymətləndirir.