Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada uşaqlar arasında yeni xəstəlik yayılır- Koronavirus onlarda belə iz qoyur

  • 2020.04.29 13:14
  • 1840 Baxış
Avropada uşaqlar arasında  yeni xəstəlik  yayılır - Koronavirus onlarda belə iz qoyur

Son üç həftə ərzində Böyük Britaniyada uşaqların koronavirus infeksiyası ilə bağlı ola biləcək yeni iltihablı sindromla reanimasiyaya düşməsi müşahidə edilir.

“Medicine” xəbər verir ki, xəstəliyin başqa səbəbdən yaranması da mümkündür.


“Azyaşlı pasiyentlərdə zəhərlənmə şoku və Kavasaki xəstəliyinin əlamətləri, həmçinin ürək problemləri müşahidə olunur”, - deyə məlumatda deyilir.

Bundan əlavə, həkimlər xəstələrin qarın ağrısından və diareyadan əziyyət çəkdiyini bildirirlər.

Qeyd etmək lazımdır ki, reanimasiyaya düşən uşaqların bəzilərində koronavirus aşkar edilməyib.