Son 5 ildə Avropa Birliyi ölkələrində sifilis faktları 70%-dək artıb.
Medicina.az xəbər verir ki, bu barədə Xəstəliklərin nəzarəti Mərkəzinin məruzəsində yazılıb.
Cinsi yolla keçən infeksiya qitənin 29 ölkəsi üzrə rekord göstəriciyə çatıb: 33 189 nəfər
2010-cu il ilə müqayisədə cinsi infeksiya 2 dəfə artıb.
Ekspertlər bu qədər yayılmasının səbəbi kimi çoxsaylı seksual partnyorların olması, qorunmasız əlaqə, narkotik vasitə və alkoqol təsiri altında seks, QİÇS-ə yoluxmaqdan qorxmamaq, vaxtında müayinə olunmamağı göstərir.
Eləcə də mobil telefonlarda tanışlıq tətbiqlərinin və imkanlarının artması birdəfəlik və ötəri cinsi əlaqəni əlçatan edib.