Avropada son 6 ayda rekord sayda insan qızılca xəstəliyinə yoluxub.
Medicina.az xəbər verir ki, 37 nəfər bu xəstəliyin ağırlaşmasından ölüb.
Daha çox Serbiya, Ukraynada tüğyan edən qızılca epidemiya həddina çatıb.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regionu üzrə direktoru Jujanna Yakob həyəcan təbili çalır:
"Biz bütün Avropa və Avropa ətrafı ölkələri geniş masştablı tədbirlərə başlamağa çağırırıq. Xəstəliyin bundan sonra yayılmasının qarşısı alınmalıdır. Sağlam əhalinin immunaziyasına başlanmalıdır”.
Qeyd edək ki, qızılcaya qarşı peyvənd mövcuddur.