Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada "omikron" ştamı ilə 44 yoluxma halı qeydə alınıb

  • 2021.12.01 14:03
  • 1062 Baxış
Avropada "omikron" ştamı ilə 44 yoluxma halı qeydə alınıb


Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) 11 Avropa ölkəsində koronavirusun "omikron" ştamına ən azı 44 yoluxma halı qeydə alıb.

Medicina.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, xəstələrdə xəstəlik asemptomatik və yüngül keçir:


"Bu günə kimi xəstəliyi ağır keçirmə və ya ölüm halları müşahidə olunmayıb".

Eyni zamanda, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi daha doqquz ölkədə yeni variantın müəyyən edildiyini xatırladıb.