Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada meymunçiçəyinə yoluxanların sayı artdı

  • 2025.01.29 08:14
  • 564 Baxış
Avropada meymunçiçəyinə yoluxanların    sayı artdı


Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi yeni statistika paylaşıb.


“Medicina” xəbər verir ki, mpox variantına yoluxanların sayı (meymun çiçəyi üçün yeni ad) yeddi nəfərə çatıb.


Professor Susan Hopkins epidemiya riski barədə bunları deyib:


"Böyük Britaniya ictimaiyyəti üçün risk səviyyəsi aşağı olaraq qalır. Biz xəstə ilə yaxın təmasda olan insanları müəyyən etdik və onlara tövsiyələr verdik".

Krallıqda ilk yoluxma 30 oktyabr 2024-cü ildə qeydə alınıb. Xəstəliyə yoluxmuş ölkə sakini Afrikadan Böyük Britaniyaya qayıtdıqdan qısa müddət sonra simptomlar göstərməyə başlayıb.

İki həftə ərzində ilk xəstə ilə təmasda olan daha üç nəfər xəstələnib.


13 avqust 2024-cü ildə Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri, iyirmi Afrika ölkəsində Meymunçiçəyinin yayılması ilə əlaqədar qitədə fövqəladə vəziyyət elan etdi.

Aygün Musayeva