Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada Lassa qızdırması yayılır

  • 2022.02.12 12:37
  • 2598 Baxış
Avropada Lassa qızdırması yayılır

İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm hadisəsi qeydə alınıb.

Bu barədə Britaniya Səhiyyə Agentliyi (UKHSA) məlumat verib.

Məlumata görə, xəstəlik Qərbi Afrikaya səyahət etmiş üç şəxsdə aşkarlanıb ki, onlardan biri artıq vəfat edib.

Qurumdan bildirilib ki, hazırda ictimaiyyət üçün risk çox aşağı olaraq qalır.

Hazırda həkimlər xəstələrlə yaxın təmasda olan şəxslərlə əlaqə saxlayırlar.