Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada koronavirusun yeddinci dalğası başladı

  • 2022.07.06 15:15
  • 1697 Baxış
Avropada koronavirusun yeddinci dalğası  başladı
Fransada COVID-19-un yeddinci dalğası güclənib.

Medicina.az xəbər verir ki, bu barədə yeni təyin olunmuş səhiyyə naziri Fransua Bron danışıb. O, bildirib ki, gündəlik orta hesabla təxminən 120,000 yoluxma aşkar edilir:


“Yeddinci dalğa son günlərdə güclənib. Bu, son bir həftənin təqdim olunan tibbi statistikasıdır. Bu gecə yoluxanların sayının 200 mini keçəcəyi gözlənilir, - nazir qeyd edib.


Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri Fransada 30 milyondan çox COVID-19-a yoluxma qeydə alınıb.

İtaliyada isə son sutka ərzində 132 274 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 94 xəstə vəfat edib. “İnterfaks”ın məlumatına görə, bir gün əvvəl infelsiyaya 36 282 yeni yoluxma faktı aşkar edilib, 59 nəfər ölüb.

Xatırladaq ki, İtaliyada son dəfə fevral ayında gündəlik yoluxma hallarının sayı 100 mini keçmişdi. Hazırda İtaliyada 1.087. 272 nəfər COVID-19-a yoluxub. Pandemiyanın başlanğıcından bu ölkədə indiyədək 18 938 771 nəfər virusa yoluxub, ölənlərin sayı 168 698 nəfərə çatıb. /publika.az/