Maltada koronavirusa ilk yoluxma faktı aşkarlanıb.
Medicina.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, virus İtaliyadan bir həftə öncə qayıtmış 12 yaşlı qızda tapılıb. Ancaq koronavirusun simptomları yalnız martın 5-də özünü büruzə verməyə başlayıb.
Qeyd edək ki, Avropada koronavirusun yayılmadığı yalnız iki ölkə yunan Kipri və Bolqarıstan qalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 749-yə çatıb. Bunların 58 456 nəfəri sağalıb, 3 522 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.