Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada ikinci COVID-19 peyvəndi təsdiqləndi

  • 2021.01.06 17:36
  • 2059 Baxış
Avropada ikinci COVID-19 peyvəndi təsdiqləndi

Avropa İttifaqı (Aİ) ölkələri ABŞ istehsalı olan “Moderna” peyvəndindən istifadə edəcək.

Bu barədə Avropa Dərman Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik sözügedən ölkələrdə vaksinin tətbiqini təsdiqləyib.

Xatırladaq ki, ötən ilin dekabrında “Pfizer/BioNTech” peyvəndi Avropa bazarına təqdim edilib və elə həmin gün onun istifadəsi təsdiqlənib.