Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır"

  • 2021.01.18 13:13
  • 1221 Baxış
"Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır"

“Gürcüstanda epidemioloji vəziyyət sabitləşir”.

Bunu Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, son ayda koronavirusa yeni yoluxma hallarının və infeksiyanın yayılmasının azalması tendensiyası müşahidə olunur: “Lakin bu, bizə arxayınlaşmağa heç bir əsas verməməlidir. Belə ki, Avropada epidemioloji vəziyyət gərgin olaraq qalır”.

Baş epidemioloq Gürcüstanda tətbiq olunan məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını qeyd edib. “Baş nazir itqisadiyyat və səhiyyə nazirliklərinə məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə yumşaldılması ilə bağlı plan hazırlamağı tapşırıb”.