Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avropada Deltakron ştammı aşkarlandı

  • 2022.03.10 16:26
  • 2849 Baxış
Avropada Deltakron ştammı aşkarlandı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun "deltakron" ştamının ortaya çıxmasından xəbərdardır.

Medicina.az xəbər verir ki, bunu ÜST-ün Fövqəladə Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerxove brifinqdə deyib.

Onun sözlərinə görə, "deltakron" Avropanın bir sıra ölkələrində qeydə alınıb, lakin yoluxma faizi aşağıdır.


"Yeni ştam Fransa, Niderland və Danimarkada müəyyən edilib. Lakin infeksiyanın çox aşağı səviyyəsi müəyyən olunub", - Van Kerxove deyib.


"Deltakron" "delta" və "omikron" alt növlərinin birləşməsindən yaranıb.