Avropada yeni növ koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.
Medicina.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.
“Müxtəlif Aİ ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik”, - o deyib.
Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir.
Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-də COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyini açıqlamışdı. O, bu vəziyyətin əsas səbəbinin Aİ ölkələri sakinlərinin aşılanmasında ləngimələrin olduğunu söyləmişdi.