Avropa və Asiya ölkələri son bir neçə ay ərzində ardıcıl olaraq, quş qripi epidemiyalarının baş verdiyini bildirirlər.
Medicina.az xəbər verir ki, bu vəziyyətə görə bir milyona yaxın ev quşunun tələf edilməsinə baxmayaraq, insanlara keçə bilən quş qripi növü olan H56N yoluxmalarının artması ölkələri təşvişə salıb.
Son bir neçə ayda Avropa və Asiyada bir neçə şiddətli quş qripi epidemiyası barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) məlumat verilib. Mütəxəssislər bunun virusun yenidən sürətlə yayılmağa başladığının göstəricisi olduğunu bildiriblər.
H5N6 ilk dəfə 2014-cü ildə Çində aşkar olunduqdan sonra 48 nəfər bu virusa yoluxub. Bildirilib ki, yoluxma hallarına əsasən təsərrüfatlarda çalışan insanlarda rast gəlinib. Lakin son həftələrdə də artım var və yoluxmuş insanların yarısından çoxu ölür.
Bu, H5N6-nın mutasiyaya uğrayaraq sürət qazandığını və son dərəcə təhlükəli olduğunu göstərir.
OIE Cənubi Koreya səlahiyyətlilərinin hesabatına istinad edərək, Cənubi Koreyanın bir şəhərində, heyvan fermasında böyük bir epidemiyanın olduğunu və 770.000 heyvanın kəsildiyini bildirib.
Təşkilat həmçinin bildirib ki, Yaponiyanın şimal-şərqindəki bir quşçuluq ferması da 2021-ci ilin qış mövsümünün ilk epidemiyası barədə məlumat verib. Bu epidemiyada dominant virus növünün H5N8 olduğu açıqlanıb.
Digər tərəfdən, OIE quş qripi epidemiyalarının Avropa qitəsində sürətlə yayılmasına diqqət çəkib. Müvafiq olaraq, Norveçin Roqaland bölgəsində quş dəstələrində H5N1 epidemiyası tapılıb.