Avropa Dərman Agentliyi yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlar üçün istifadəsini təsdiqləyib.
Medicina.az xəbər verir ki, peyvəndin 5-11 yaş arası uşaqlarda istifadəsinin faydalarının onun potensial risklərindən üstün olduğu açıqlanıb.
Vaksinin həmin yaş qrupundan olan uşaqlarda 90,7% effektiv olduğu bildirilib.
Qurum “Pfizer-Biontec” vaksininin 5-11 yaşlı uşaqlara 10 mikroqram olmaqla 3 həftəlik periodla iki doza tətbiq edilməsini tövsiyə edib.
Xatırladaq ki, sentyabrın 20-də “Pfizer-Biontec” şirkəti istehsal etdiyi vaksinin kiçik dozalarda 5-11 yaşlı uşaqlara tətbiqinin təhlükəsiz olduğunu və immun sisteminin sürətli reaksiyasını yaratdığını açıqlayıb. Klinik sınaqların 2200 uşağın iştirakı ilə apardığı bildirilib.