Avropa İttifaqı Ermənistan və Böyük Britaniyada verilmiş koronavirus sertifikatlarını tanıyıb.
Medicina.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında məlumatında qeyd olunub:
“Bu gün Avropa Komissiyası Ermənistan və Böyük Britaniyada verilmiş koronavirus sertifikatlarının Avropanın elektron COVID sertifikatına ekvivalent olduğunu təsdiq edən qərarlar qəbul edib”.
Məlumatda bildirilir ki, hər iki ölkə Aİ sertifikatının verilməsi sisteminə qoşulacaq və onların sertifikatları “Aİ sertifikatı ilə eyni şərtlərlə qəbul ediləcək”.