Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab edir ki, Avropa ölkələri COVID-19 infeksiyası ilə mübarizəni aktivləşdirməlidir.
Bu barədə ÜST-ün fövqəladə vəziyyətlər üzrə baş eksperti Mayk Rayan bildirib.
"İndi biz (virusla mübarizədə-red) əhəmiyyətli dərəcədə geri qalırıq. Ona görə də Avropada qabaqlayıcı işlər üçün bir sıra tədbirlər görməliyik", - Rayan bildirib.
Mütəxəssis vurğulayıb ki, Avropa ölkələri məhdudiyyətlərdən qaça biləcək.