Almaniya kansleri Angela Merkel üçüncü dalğa riskinə qarşı karantinin 18 aprelə qədər uzadıldığını bildirdi. O yeni mutasiyanın yaratdığı riski vurğulayaraq “Yeni bir pandemiya var” -, dedi.
Medicina.az xəbər verir ki, dünya ölkələrində koronavirus statistikasında artım davam edir.
Almaniya kansleri Angela Merkel yoluxmanın artdığı bölgələrdə gündüz çölə çıxma qadağasının olacağını dedi. Digər tərəfdən, Pasxa bayramı ərəfəsində ilk dəfə 1-3 aprel tarixlərində tətil elan edildi. Almaniyada son açıqlanan statistikaya görə, 2 milyon 678 min 262 nəfərdə koronavirus aşkarlanıb. 2 milyon 433 min 800-nün sağalıb, 75 min 418 nəfər isə ölüb.
Fransanın baş naziri Jan Kasteks yoluxma sayının artmasına görə, Parisin də olduğu 16 bölgədə 4 həftəlik çölə çıxma qadağası qərarının alındığını bildirdi. Fransada son açıqlanan statistikaya görə, 3 milyon 923 min 889-u aktiv olmaqla ümumilikdə 4 milyon 298 min 395 nəfərdə koronavirus aşkarlanıb. 92 min 621 nəfər isə ölüb.
İngiltərənin Baş naziri Boris Conson isə üçüncü dalğanın ölkəyə çatdığını bildirib. Səhiyyə naziri Matt Hancock yoluxma sayının artmasına görə, Aİ ölkələrindən İngiltərəyə gəlmələrin qadağan ediləcəyini bildirib. Həmçinin, 30 iyuna qədər xaricə səfər qadağan olunacaq.
İtaliya və İspaniyada da üçüncü dalğa həyəcanı davam edir. İtaliyada yoluxma sayında artıma görə bağça, məktəb, universitet və mağazalar qapalı qalacaq, restoranlar isə onlayn fəaliyyət göstərəcək.