Avropa İttifaqı dövlətləri 215 milyon doza koronavirusa qarşı vaksinin vaxtı keçdiyi üçün tullayıb. Ümumi zərər 4 milyard dollardır.
“Medicina” xəbər verir ki, 2020-ci ildən bəri təsdiq olunan müxtəlif vaksin preparatından Avropa Birliyi hər vətəndaşına 3 doza olmaqla almışdı. Ümumilikdə, 1,5 milyardlıq peyvənd alınıb, onun 80% istifadə edilib.
Lider ölkə Almaniya və Estoniyadır.
Rusiya isə öz əhalisinə yerli istehsal vaksini vurub və bu ildən kovidə qarşı peyvəndləmə təklif edilmir.
Aygün Musayeva