Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Avqustun 12-i təhlükəli hava olacaq - Evdə qalın

  • 2023.08.11 15:47
  • 1787 Baxış
Avqustun 12-i təhlükəli hava olacaq   - Evdə qalın


Avqustun 12-də Bakıda və Abşeron yarımadasında bürkülü və qızmar diskomfort hava şəraiti gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib.

Bildirilib ki, sabahkı hava şəraiti meteohəssas insanlar üçün çox əlverişsizdir.

Buna görə də həssas qrup insanları sabah mümkün qədər evdə, sərin yerdə qalmalı, fiziki iş görməməli, bol maye qəbul etməlidir.

Uşaqlar, hamilələr, yaşlı və xəstə insanlar diqqətli olsun
.