Avokadonun qan xərçəngi ilə mübarizə aparan meyvə olduğu açıqlanıb.
Medicina.az xəbər verir ki, kanadalı alimlər tərəfindən aparılan araşdırmalar bunu deməyə əsas verir.
Tərkibindəki yağ molekullarının akut myeloid xərçənginə yol açan kök hüceyrələrini məhv etdiyi bildirilir. Bu xəstələrdə ağ qan hüceyrələrindən olan granülositlərin və monositlərin blast adlandırılan hüceyrələrin inkişaf müddətini meyvənin tərkibindəki B yağ molekulunun dayandırdığını açıqlayıblar.
Həmçinin alimlər açıqlamalarında avokadodan hazırlanacaq dərmanların belə xəstələrin səhhətini yaxşılaşdıracağını ifadə ediblər.