Pəhriz saxlayanların az qala hər menyusuna daxil etdiyi avokadonun çəki atmağa heç bir təsiri yoxdur.
Bakupost.az xəbər verir ki, böyük masştablı araşdırmanı ABŞ-ın bie neçə universitetlərinin elmi qrupları aparıb.
Əvvəlki elmi işlər göstərib ki, qidaya avokado daxil etdikdə bədən kütlə indeksi və bel çevrəsi azalır.
Ona görə dietoloqlar pəhrizlərə avokado daxil etməyə başladı.
Bu dəfə alimlər bu fikrin doğruluğunu yoxlamaq üçün 1000 nəfər kök və piyli insan üzərində eksperiment aparıblar.
İştirakçıların yarısına adi qidalanma rejimi təyin olunub, onlar avokadonu ayda cəmi 1-2 dəfə yeyib.
Digər qrupa isə gündəlik bir avokado daxil edilib.
6 aydan sonra bütün iştirakçıların xarici görünüşü, sağlamlıq vəziyyəti və daxili piylənməsi yoxlanılıb.
Nəticələr göstərib ki, hər gün avokado yeyənlərin çəkisində, bel çevrəsində və daxili piy qatında heç bir azalma olmayıb, qaraciyər piylənməsi dıyişməyib.
Amma 6 ayərzində gündə bir avokado yeyənlər bu müddətdə artıq çəki almayıblar. Digər qrup isə kökəlib.
Avokado yeyənlərin qanında pis xolesterinin də miqdarı düşüb.
Bundan əlavə avokadonun başqa təsirləri aşkar olunmayıb.
Ona görə də arıqlamaq üçün avokadoya ümid bəsləmək olmaz.
Aygün Musayeva
BakuPost