Autizm xəstəliyi adətən 2 yaşından öncə başlayır. Uşaqlarda münasibət problemləri yaradan və beynin inkişafına maneə olan xəstəlik növüdür.
Yaranma səbəbi tam olaraq bilinmir. Bəzi elm adamları bunun genetika ilə bağlı olduğunu düşünür, ancaq hazırda məhz hansı genin buna səbəb olduğu araşdırılır.
Medicina.az xəbər verir ki, bu zaman beyinin müxtəlif bölgələri bir arada çalışa bilmir. Belə uşaqlar insanlarla əlaqə qurmaqda çətinlik çəkirlər. Erkən diaqnoz və müalicə bu münasibət çətinliyinin azalmasında təsirli olur.
Bəzi araşdırmalar isə buna müəyyən dərmanların səbəb olduğunu vurğulayırlar.
Bəs autzim xəstəliyinin əlamətləri nədir?
Autizmdə aşağıdakı əlamətlərin bəziləri yüngül və ya şiddətli şəkildə özünü göstərir. Hər bir simptomun təsiri də digərindən fərqli ola bilər.
-Diqqət toplamaq çətinliyi olur ki, bu zaman da gözünü bir nöqtəyə dikərək ya baxa bilmir, ya da bu çox az halda olur.
-Autizmli uşaqlar ətrafa qarşı maraqsızdırlar.
-Adı səsləndiyi zaman reaksiya vermirlər.
-Ya hədsiz hərəkətli, ya da hərəkətsiz olurlar.
-Bəziləri təmasa icazə vermirlər və xoşalmırlar.
-Bir ortama daxil olduqları zaman əksər zaman insanları deyil, cansız varlıqları seçirlər.
-Təqlid bacarıqları olmur.
-Söylənənləri tutuquşu kimi təkrarlayırlar.
-Uyğunsuz məqamda gülə bilərlər.
-Streotipləri var (Əl çırpma, tullanma, öz ətrafında dönmə, barmaq uclarında yerimək və s. kimi).
-Oyuncaqlarla gərəkdiyi kimi oynamırlar
-Hər zaman eyni oyunlara üstünlük verirlər.
-Bəziləri çox inadkardır.
-Bəziləri hətta soyuğa, istiyə qarşı reaksiya veməyə bilər.
-Səbrsiz olurlar.
Valideynlər hansı yaşdan etibarən uşağının digərlərindən fərqli olduğunu anlaya bilərlər?
Körpənin ikinci ayında heç bir dinləmə və göz təmasının olmaması
4-5 aylarda ana, ataya qarşı sevincli səslə və ya gülərək qarşılıq verməmək
8-9 aylarda qarşılıqlı münasibət qurmamaq
Özü işarət etmək yerinə digərinin əlindən istifadə edərək nəisə göstərmək
12 ayda ən az bir-iki kəlmə ilə də olsa münasibət qurmamaq
2 yaşında təqlid oyunu oynamamaq
36-48 aylarda kim, harada, nə üçün suallarına cavab verməmək
Bəs müalicə necə aparılır?
Müalicənin ilk məqsədi münasibət bacarıqlarını maksimum ikişaf etdirməkdir. Erkən diaqnoz və müalicə uşaqların inkişafına kömək olur.
Autizmli uşaqların valideynlərinin nəzərinə çatdırırıq ki, Bakıda autzimli uşaqların müalicəsində 70-80% effekt alan yeni metodika ilə çalışan psixoloq, Səidə Musayeva özünəməxsus təlimlərlə yeni Autizm mərkəzində fəaliyyət göstərir.
Ümumrusiya Professional Psixoterapiya Liqasının Azərbaycan nümayəndəliyinin və Fortuna psixologiya mərkəzin rəhbəri olan psixoloq şəxsən özü autizmli uşaqlar və onların analarının psixoteravtik müalicəsi və davranış təlimləri ilə məşğul olur.
Autizmin müalicəsi üçün mərkəzə müraciət üçün əlaqə saxlaya bilərsiniz:
MEDKONSİLİUM : 050 372 77 14