Rusiya və Çin alimləri tərəfindən 95% ehtimalla autizmi aşkar edə bilən sistem yaradılıb.
Medicina.az xəbər verir ki, Rusiya Elm Fondunun mətbuat xidmətindən verilən açıqlamada sistemin süni intellekt vasitəsilə işlədiyi bildirilib.
“Maşın öyrənməsinə əsaslanan təklif etdiyimiz yanaşma gələcəkdə autizm spektrinin pozğunluqlarını indi mümkün olduğundan daha erkən mərhələlərdə müəyyən etməyə kömək edəcək”, - deyə Baltik Federal Universitetinin (Kalininqrad) professoru Aleksandr Xramov bildirib.
Alimlər bu autizm diaqnostik sistemini elektroensefaloqrafiya (EEQ) sayəsində 2-16 yaş arası 298 uşağın beynindən toplanan məlumatlardan istifadə edərək hazırlayıblar.
Onların yarısı autizmin müxtəlif formalarından əziyyət çəkirdi. Alimlər beynin elektrik fəaliyyətində yalnız autizm xəstələrində görülən xarakterik xüsusiyyətlərin olub-olmaması ilə maraqlanıblar. Belə məlumatları əldə etmək üçün tədqiqatçılar neyron şəbəkənin xüsusi növündən istifadə ediblər.
Neyroşəbəkə tədqiqatçılara autizm daşıyıcılarının bir neçə xarakterik xüsusiyyətlərini, o cümlədən beynin frontal hissəsində bəzi funksional əlaqələrin zəifləməsini müəyyən etməyə imkan verib.
Aysel