ATU tələbələri "Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalının yüksək yer tutublar. Bu festival Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Nəsimi ili” çərçivəsində keçirilib.
Medicina.az xəbər verir ki, festivalda Azərbaycan Tibb Universitetini müalicə profilaktika faükltəsinin 118A1b qrup nümayəndəsi Hikmət Abbasov və əczaçılıq fakültəsinin 817R qrup tələbəsi Yasəmən Cəfərova təmsil ediblər.
ATU təmsilçiləri birinci və ikinci yerə layiq görülüblər.
Sonra Hikmət Abbasov Eldar Mansurovun "İL Dolce Suono (Fifth element)” mahnısının ifasına görə klassik vokal üzrə 1ci yerə layiq görülüb.
Yasəmən Cəfərova isə "Azad bir quşam" kompozisiyyasına uyğun rəqsinə görə ikinci yerə layiq görülüb. Qeyd edək ki, Yasəmən Cəfərova bu kompozisiyada həm də xoreoqraf kimi cıxış edərək, rəqsə özü quruluş verib.