Bu gün Tibb Universiteti Onkoloji Klinikasının tibbi heyəti koronavirus testindən keçirilir.
Medicina.az xəbər verir ki, news24.az-ın məlumatına əsasən, heyət yoxlamadan keçmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.
Qeyd edək ki, Tibb Universitetinin Onkoloji Klinikasında iki həkim koronavirusa yoluxub.
Onlardan biri - tanınmış onkoloq Fikrət Namazov vəfat edib. Digər həkim - onkoloq İndira Səfərovanın müalicəsi isə davam etdirilir.