Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

ATU Elmi-Tədqiqat mərkəzinə yeni direktor təyin edildi

  • 2023.09.15 17:12
  • 1422 Baxış
ATU Elmi-Tədqiqat mərkəzinə    yeni direktor təyin edildi
Azərbaycan Tibb Universitetinin (ATU) Elmi-Tədqiqat Mərkəzində yeni direktor təyinatı olub.

"Medicina" xəbər verir ki, Beynəlxalq əlaqələr üzrə prorektoru, Histologiya, sitologiya və embriologiya kafedrasının dosenti Orxan İsayev bu vəzifəyə elan edilib.



Qeyd edək ki, Orxan İsayev 2011-ci ildə ATU-nun I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Almaniya Federativ Respublikasının Heidelberg Universitetinin doktoranturasına daxil olub, Molekulyar Onkocərrahiyə elmi-tədqiqat qrupunda kök hüceyrələr sahəsi üzrə araşdırmalar aparıb və 2014-cü ildə dissertasiya işini uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 13 yanvar 2016-ci il tarixli qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Orxan İsayev kök hüceyrə üzrə tanınmış mütəxəssisdir. O, 2015-2016-cı illərdə ATU-nun Elmi Tədqiqat Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib.


24 noyabr 2016-ci ildə müsabiqə yolu ilə ATU-nun Histologiya, embriologiya və sitologiya kafedrasına assistent vəzifəsinə seçilib və indiyədək həmin kafedranın dosentidir.
2017-ci ildə ATU-nun Xarici Tələbələrlə iş üzrə dekan müavini olub, daha sonra unuversitetin Beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilib.