Atpıtrağı, xüsusən kökü dərman bitkiləri arasında çox istifadə olunan, min bir dərdin dərmanı hesab olunan bitkidir.
Medicina.az xəbər verir ki, atpıtrağı (lopux) kökü və yarpaqlarından hazırlanan cövhərlər revmatizm, podaqra, ostexondroz, mədə bağırsaq qastrit, xora, dəri xəstəlikləri, yaralarda uğurlu nəticə verir.
Atpıtrağı hepatiti, sirrozu belə 3-4 aya müalicə edir.
Öd kisəsi və böyrək xəstəliklərində də iltihabı, daşı aradan qaldırır.
Atpıtrağı kökünün klassik spirtdə məhlulunu hazırlamaq üçün doğranmış 1 stəkan köklərin üzərinə 400 ml araq əlavə edilir. 1 həftə qaranlıq sərin yerdə saxlanılır. Arada çalxalamaq lazımdır. 1 həftə sonra cövhər süzülür. Şüşə qabda soyuducuda saxlanılır.
Gündə 10-15 damcı 2qaşıq suda həll edərək yeməkdən öncə gündə 3 dəfə içilir.
Oynaq ağrısı, revmatizm və artroz, ostexondrozda içməklə yanaşı, ağrıyan yerə gecə çəkilir.