ATƏT-in katibliyi koronavirusun sürətlə yayılması səbəbindən onlayn-iş rejiminə keçib.
Medicina.az xəbər verir ki, Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç belə deyib.
Bundan başqa, hokumətin qərarı ilə açıq havada 500 nəfərdən çox, qapalı məkanda isə 100 nəfərdən çox şəxsin iştirakını nəzərdə tutan bütün tədbirlər də COVİD-19 səbəbilə təxirə salınıb.
Son məlumata görə, Avstriyada koronavirusa yoluxanların sayı 157 nəfər təşkil edir.