Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Aterosklerozun ən erkən əlamətləri - Damar niyə tıxanır?

  • 2022.09.30 18:31
  • 2584 Baxış
Aterosklerozun ən erkən əlamətləri  - Damar niyə tıxanır?

Ateroskleroz qan damarlarında dəyişiklik, iltihab, zədələnmə, qan dövranı pozulmasıdır.

Onun erkən əlamətləri bir qədər gizli keçir.
Əsasən 40 yaşdan başlayır.


"Medicina" xəbər verir ki, həkim Yekaterina Kaşux aterosklerozun ilkin əlamətlərini açıqlayıb.

"Qaçarkən, pilləkən qalxarkən sinədə ağrı, yanğı və diz altında ağrıya insanlar əhəmiyyət vermir.
Halbuki bu elə birinci əlamətdir.

Aterosklerozu təyin etməyin ən asan yolu xolesterin analizi verməkdir. Əgər təzyiq də yüksəlirsə, deməli, damarlarda problem var.
Adətən bu xəstəlik qeyri-düzgün qidalanma, siqaret, içki, hərəkətsizlik, diabet və genetik səbəblərdən olur"

Aygün Musayeva