Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin son durumu açıqlanıb.
Medicina.az -ın məlumatına görə, Xalq artistinin oğlu Rövşən Quliyev “Report”a bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.
“Hələ də səhhətində heç bir irəliləyiş yoxdur. Müalicəsi davam edir, sistemlər qoşulur. Gözləyirik”, - o deyib.
Qeyd edək ki, A.Quliyevin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.